Nömrəm.AZ — satış üçün nəzərdə tutulan interaktiv Axtarış Sisteminə xoş gəldiniz!
Bu bölümdə istifadəçilərimiz tərəfindən ən çox verilə biləcək sualların cavabları dərc edilir. Aşağıda qeyd edilən suallardan savayı yarana biləcək hər hansı suala və ya problemlə bağlı saytın Administrasiyası ilə əlaqə saxlayın. Bunun üçün xüsusi formadan istifadə etmək kifayətdir.
— Nömrəm.AZ axtarış sistemi nədir və nə üçün nəzərdə tutulur?
— Nömrəm.AZ axtarış sistemi xüsusi evristik analiz vasitəsilə telefon nömrələri bazası üzrə (yalnız satış üçün nəzərdə tutulan) axtarış aparan xüsusi bir sistemdir.
— Nömrəm.AZ axtarış bazasına öz nömrəmi necə əlavə edə bilərəm?
— Hər bir nömrə(lər) sahibi Nömrəm.AZ axtarış sisteminə sahibi olduğu nömrəni (satış məqsədilə) əlavə edə bilər. Bunun üçün Nömrə əlavə et bölümünə daxil olub göstərilmiş formanı dəqiqliklə doldurmanız vacibdir. Göndərilən nömrə(lər) Administrasiya tərəfindən nəzərdən keçiriləcək və "Saytdan istifadə qaydalarına" uyğun halda 24 saat ərzində axtarış bazasına əlavə ediləcək.
— Əlavə edəcəyim nömrənin statusunu (Sadə, Gümüş, Qızıl, Platinum) necə təyyin edə bilərəm?
— Nömrələr üzrə statusun təyyin edilmə hüququ yalnız saytın Administrasiyasına məxsusdur.
— Əlavə edilmiş nömrəm satıldığı halda axtarış bazasından onu necə poza bilərəm?
— Əlavə edilmiş nömrə satıldıqda nömrə sahibi xüsusi forma vasitəsilə Administrasiya müraciət edib, özü tərəfdən eləvə edilən nömrənin axtarış bazasından silinməsini tələb etməlidir. Sorğu göndərilən andan etibarən 24 saat ərzində "Saytdan istifadə qaydalarına" uyğun olarsa nömrə axtarış bazasından silinəcək.
— Sayta əlavə olaraq daha hansı ünvanladan daxil ola bilərəm?
— İstifadəçilərimizin rahatlığını nəzərə alaraq, nomrem.az ünvanından əlavə axtarış sistemimiz daha 3 ünvanda aktivdir -- www.222.az, www.nomre.az və www.nomrem.com.
Diqqət! Sayta əlavə edilmiş nömrə (bazada mövcud) satıldığı halda
xahiş edirik "Administrasiya ilə əlaqə" forması vasitəsilə bizimlə əlaqə saxlayın.
